Qvardiola ilk məşqə çıxdı - Əməliyyatdan sonra

14 Sentyabr 2023 15:20 İngiltərə 712
Qvardiola ilk məşqə çıxdı - Əməliyyatdan sonra

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola əməliyyatdan sonra kluba qayıdıb və artıq komanda ilə ilk məşqini keçirib.

Sportinfo.az xəbər verir ki, 52 yaşlı mütəxəssis kürəyindəki problemlərə görə avqust ayında əməliyyat olunub.

O, “Mançester Siti”nin Premyer Liqada iki matçını buraxıb: “Şeffild Yunayted”lə (2:1) və “Fulhem”lə (5:1).

Qvardiolanın olmadığı müddətdə komandaya onun köməkçisi Xuanma Lillo rəhbərlik edirdi.

Dörd turun nəticələrinə əsasən, “şəhərlilər” 12 xalla İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir. Sentyabrın 16-da “Mançester Siti” səfərdə “Vest Hem”lə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM