Yığmanın oyunçusu 5 aylıq futboldan uzaqlaşdırıldı – QUMARBAZ İMİŞ

14 Sentyabr 2023 12:20 İngiltərə 638
Yığmanın oyunçusu 5 aylıq futboldan uzaqlaşdırıldı – QUMARBAZ İMİŞ

İngiltərə Futbol Assosiasiyası “Nottingem Forest”in müdafiəçisi Harri Toffolonun 5 ay müddətinə futboldan uzaqlaşdırıldığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, buna onun mərc oyunlarında iştirak etməsi səbəb olub.

28 yaşlı futbolçu 375 dəfə İngiltərə Futbol Assosiasiyasının qaydalarını pozduğunu etiraf edib.

ildirilir ki, bütün qanun pozuntuları 2014-2017-ci illər arasında futbolçu tərəfindən törədilib və bu müddət ərzində o, “Norviç”, “Suindon”, “Roterem” və “Peterboro” klublarında çıxış edib.

İngiltərəli futbolçu diskvalifikasiyadan əlavə 21 min funt sterlinq də cərimələnib.

Toffolo 2022-ci ilin iyulundan “Nottinqem Forest”də çıxış edir. O, 2023/24 mövsümündə bir matçda iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR