"Mən israrla deyirəm ki, bu, hər kəsin şəxsi işidir, biz indiki vəziyyəti bəyənmirik"

13 Sentyabr 2023 01:50 İngiltərə 504
"Mən israrla deyirəm ki, bu, hər kəsin şəxsi işidir, biz indiki vəziyyəti bəyənmirik"

“Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri Hernandes bu yay Avropa klublarından Səudiyyə Ərəbistanı çempionatına kütləvi şəkildə futbolçu transferi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu bu vəziyyətə nəzarət etmək lazım olduğunu bildirib:

“Aydındır ki, Avropa futbolu indiki vəziyyətdə uduzur. Bu, Səudiyyə Ərəbistanına səyahət etmək qərarına gələn oyunçuların şüurlu və qanuni seçimidir.

Futbolçulara təklif olunan məbləğləri nəzərə alsaq, onları başa düşmək olar. Mən israrla deyirəm ki, bu, hər kəsin şəxsi işidir, amma biz avropalılar bu vəziyyəti bəyənmirik.

Düşünürəm ki, buna bir şəkildə nəzarət etmək lazımdır. Əvvəl elə gəlirdi ki, söhbət yalnız veteranlardan gedir, indi isə gənc futbolçular da Avropa klublarından ayrılır”.

Bu yay Səudiyyə Ərəbistanı çempionatına Kərim Benzema, Neymar, Roberto Firmino, Nqolo Kante, Cordan Henderson, Sadio Mane kimi tanınmış futbolçular keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR