Millidən təklif gəlsə, Premyer Liqa klubundan ayrılmayacaq

12 Sentyabr 2023 15:20 İngiltərə 878
Millidən təklif gəlsə, Premyer Liqa klubundan ayrılmayacaq

Hans-Diter Fliki istefaya göndərən Almaniya Futbol Federasiyası milli komandaya yeni baş məşqçi axtarır.

Sportinfo.az xəbər verir ki, millini çalışdırmağa namizədlərdən biri “Liverpul”un baş məşqçisi Yurgen Kloppdur.

Lakin alman mütəxəssis təklif gələcəyi təqdirdə, bunu qəbul etməyəcək. 56 yaşlı məşqçi Mersisayd təmsilçisindəki işinə davam etmək istəyir.

Klopp 2015-ci ilin oktyabr ayından “Liverpul”un baş məşqçisidir. Onun İngiltərə kliubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM