“Mançester Yunayted”in oyunçuları baş məşqçi Erik ten Haqın yarımmüdafiəçi Ceydon Sançoya münasibətinin doğru olduğunu düşünürlər.
Sportinfo.az xəbər verir ki, Sançonun baş məşqçinin açıqlamasına reaksiyası komandanın paltardəyişmə otağında sərt qarşılanıb. “
Qırmızı şeytanlar”ın digər futbolçularının artıq onun hərəkətlərindən bezdikləri bildirilir.
İngiltərə Premyer Liqasında “Arsenal”la oyundan (1:3) sonra Erik ten Haq Sançonun məşqə qeyri-qənaətbəxş yanaşması səbəbindən oyunun heyətinə daxil edilmədiyini açıqlamışdı.
Bundan sonra Sanço sosial şəbəkədə baş məşqçinin açıqlamasına sərt cavab verərək, onun sözlərini təkzib etmişdi.

