“Haqqımakı bütün ittihamların yalan olduğunu rahatlıqla deyə bilərəm"

11 Sentyabr 2023 00:20 İngiltərə 547
“Haqqımakı bütün ittihamların yalan olduğunu rahatlıqla deyə bilərəm"

“Mançester Yunayted” futbolçu Antonini komandadan kənarlaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Belə bir addımın atılmasına səbəb 23 yaşlı hücumçunun keçmiş sevgilisi Qabriela Kavallinə şiddət göstərdiyinin iddia olunmasıdır. Onun növbəti bildirişə qədər komandaya buraxılmayacağı bildirilib.

Antonunun yanvar ayının 15-də Mançesterdəki bir otel otağında Qabrielaya hücum etdiyi iddia olunur. Mançester və San Paolo polisi məsələ ilə bağlı araşdırmanı davam etdirir.

Futbolçu isə sosial media hesablarında bildirib: “Haqqımakı bütün ittihamların yalan olduğunu rahatlıqla deyə bilərəm. Ortaya çıxan sübutlar günahsız olduğumu göstərəcək”.

Antoni sözügedən məsələyə görə Braziliya millisinin heyətindən də kənarlaşdırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR