Premyer Liqada çıxış edən braziliyalı “Real”a gedəcək?

10 Sentyabr 2023 00:10 İngiltərə 959
Premyer Liqada çıxış edən braziliyalı “Real”a gedəcək?

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş karyerasını “Real”da davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, “kral klubu” 25 yaşlı futbolçu üçün təklif göndərməyə hazırlaşır.

Braziliyalı oyunçu ilə “Liverpul” və “Barselona” klublarının da maraqlandığı bildirilir.

Madrid klubu futbolçu üçün təxminən 120 milyon avro ödəməli olacaq. “Kral klubu” müqaviləni qış transfer pəncərəsində tamamlamağı planlaşdırır.

Gimarayeş ötən mövsüm 40 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM