“Mançester Yunayted” yarımmüdafiəçisi Donni van de Beki bütün Avropa ölkələrində transfer pəncərəsi bağlanmamış satmaq istəyir.
Sportinfo.az xəbər verir ki, niderlandlı futbolçu ilə “Fənərbaxça” və “Qalatasaray” maraqlanır.
Türkiyədə transfer pəncərəsi sentyabrın 15-də bağlanır.
Van de Bek bu ilin yanvarında dizindən zədə alıb və 2022/2023 mövsümünün sonuna kimi meydana çıxa bilməyib. Onun “qırmızı şeytanlar”la müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

