Premyer Liqadan ayrıldı, Səudiyyə Ərəbistanı klubuna keçdi

7 Sentyabr 2023 18:20 İngiltərə 514
Premyer Liqadan ayrıldı, Səudiyyə Ərəbistanı klubuna keçdi

“Everton”un futbolçusu Demaray Qrey Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna keçib.

Sportinfo.az xəbər verir ki, Mersisayd klubu 27 yaşlı oyunçunun transferinin məbləği ilə bağlı məlumat verməyib.

Bir müddət əvvəl “Liverpul”un sabiq kapitanı Stiven Cerrardın rəhbərlik etdiyi “Əl-İttifaq”ın Qreyin transferi ilə bağlı “Everton”la anlaşdığı haqda məlumat yayılmışdı.

Ərəblərin futbolçunun transferi üçün təxminən 10 milyon avro ödəyəcəyi, Qreyin özünün isə klubla 4 illik müqavilə imzalayacağı qeyd edilir.

Qrey 2021-ci ildən “Everton”da çıxış edirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR