“Bilirdim ki, yerimə yeni futbolçular gələcək” – Kapitan

6 Sentyabr 2023 10:00 İngiltərə 1 003
“Bilirdim ki, yerimə yeni futbolçular gələcək” – Kapitan

Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunun yarımmüdafiəçisi Cordan Henderson “Liverpul”u niyə tərk etmək qərarına gəldiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, “qırmızılar”ın sabiq kapitanı ayrılma səbəbinin bir neçə amillə bağlı olduğunu bildirib:

“Yurgen Kloppla çox yaxşı münasibətim var. O, mənimlə səmimi idi. Söhbətin təfərrüatlarına varmayacam, çünki bu, şəxsi xarakter daşıyır.

Amma başa düşdüm ki, gələn mövsüm o qədər də çox oyunda iştirak edə bilməyəcəm. Bilirdim ki, yerimə yeni futbolçular gələcək.

Hər kəs bilir ki, bu klubda nə qədər vaxt keçirdiyimi, neçə il kapitan olduğumu nəzərə alsaq, oynamamağım mənim üçün çox çətin olacaqdı”.

Henderson bu yay Səudiyyə Ərəbistanı klubuna keçib. O, “Liverpul”dan “Əl-İttifaq”a keçdikdən sonra ən çox maaş alan ingilis futbolçu olub.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM