"Heç vaxt təsəvvür etməzdim ki, nəvaxtsa..."

30 Avqust 2023 12:20 İngiltərə 693
"Heç vaxt təsəvvür etməzdim ki, nəvaxtsa..."

"Mançester Siti"nin hücumçusu Erlinq Holand Peşəkar Futbolçular Assosiasiyası (PFA) tərəfindən İngiltərə Premyer Liqasında ötən mövsümün ən yaxşı futbolçusu seçilməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, BBC norveçli ulduzun dediklərini belə çatdırıb:

"Mənim üçün bu mükafatı qazanmaq böyük şərəfdir. Öz rəqiblərin tərəfindən qəbul edilmək gözəl hissdir.

Mənə səs verən bütün futbolçulara minnətdarlığımı bildirirəm. Heç vaxt təsəvvür etməzdim ki, nəvaxtsa komandamla trebl edəcəyəm.

Ötən mövsümlə bağlı xatirələr həmişə yaddaşımızda qalacaq. Ancaq biz indi yeni mövsümdə də eyni uğura imza atmaq istəyirik".

Ötən mövsüm MS forması ilə bütün turnirlərdə 53 matça çıxan Holand 52 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR