"Tottenhem"dən erkən vida

30 Avqust 2023 10:20 İngiltərə 819
"Tottenhem"dən erkən vida

"Tottenhem" İngiltərə Liqa Kubokunda çıxışını erkən tamamlayıb.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi turnirin 1/32 final mərhələsində mübarizəni dayandırıb.

Anqe Postekoqlunun komandasını "Fulhem" nokauta salıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Van de Ven və Riçarlison fərqlənən futbolçular olublar.

Penaltilər seriyasında isə "Tottenhem" qeyri-dəqiq olub və kuboku tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM