Onun satılmasını istəmir

29 Avqust 2023 21:40 İngiltərə 806
Onun satılmasını istəmir

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr komandanı tərk etməyə bilər.

Sportinfo.az xəbər verir ki, heyətdəki bəzi müdafiəçilər sıradan çıxdığı üçün baş məşqçi Erik ten Haq onun başqa kluba transfer edilməməsini istəyib.

Öncədən Maquayrın adı “Vest Hem”lə hallanırdı.

Maquayr 2019-cu ildən “qırmızı şeytanlar”ın formasını geyinir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM