Barın yaxınlığında döyüldü, ölümlə təhdid edildi – Premyer Liqa klubunun kapitanı

29 Avqust 2023 15:40 İngiltərə 630
Barın yaxınlığında döyüldü, ölümlə təhdid edildi – Premyer Liqa klubunun kapitanı

“Nyukasl”ın kapitanı və müdafiəçisi Camal Laskelles Nyukasl-apon Tayn şəhərinin mərkəzindəki küçədə hücuma məruz qalıb.

Sportinfo.az xəbər verir ki, gecə klubunun yaxınlığında bir neçə nəfər futbolçunu və onun 19 yaşlı qardaşını güllələməklə hədələyib.

Bir qrup naməlum şəxs Laskellesə hücum edərək onu döyməyə başlayıb.

Təcili yardım gələnə qədər hücum edənlər hadisə yerindən qaçıblar və Laskellesin qardaşı xəstəxanaya aparılıb. Hazırda polis araşdırma aparır.

İngiltərəli futbolçu 2014-cü ildən “Nyukasl”da çıxış edir. Bu müddət ərzində o, 225 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR