Premyer Liqa klubu yetirməsi olan qapıçını satır

29 Avqust 2023 01:40 İngiltərə 507
Premyer Liqa klubu yetirməsi olan qapıçını satır

“Mançester Yunayted”in qapıçısı Din Henderson “Kristal Pelas”a keçəcək.

Sportinfo.az xəbər verir ki, klublar 26 yaşlı futbolçunun bonuslar da daxil olmaqla 20 milyon funt-sterlinqə transferi barədə razılığa gəliblər.

İngiltərəli qapıçı bu gün keçidi başa vurmazdan əvvəl tibbi müayinədən keçəcək.

Henderson “Mançester Yunayted”in yetirməsidir. O, klubda 29 oyuna çıxıb, 25 qol buraxıb və 13 dəfə qapısını toxunulmaz saxlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR