Onun üçün ikinci dəfə təklif göndərəcək -

28 Avqust 2023 21:40 İngiltərə 810
Onun üçün ikinci dəfə təklif göndərəcək -

“Mançester Siti” “Vulverhempton”un futbolçusu Mateus Nunesi transfer etməkdə israrlıdır.

Sportinfo.az xəbər verir ki, “şəhərlilər” öncədən qarşı tərəfin rədd etdiyi 54 milyon avroluq birinci təklifi artırmağı düşünürlər.

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola 24 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyir. Portuqaliyalı oyunçu da Mançester təmsilçisinə qoşulmağı arzulayır.

Nunes 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 41 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR