“Liverpul”un hücumçusu Məhəmməd Salahın “Əl-İttihad” üçün nə vaxt tibbi müayinədən keçəcəyi məlum olub.
Sportinfo.az xəbər verir ki, misirli hücumçu Səudiyyə Ərəbistanı klubunun düşərgəsinə yollanacaq.
Daha əvvəl ərəblərin 31 yaşlı futbolçu üçün 90 milyon avro ödəməyə hazır olduqları bildirilmişdi.
Salah bu mövsüm “Liverpul”un heyətində 2 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “qırmızılar”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

