Tanınmış forvard Premyer Liqa klubuna qayıtmaq istəmir?

3 İyun 18:40 İngiltərə 668
Tanınmış forvard Premyer Liqa klubuna qayıtmaq istəmir?

“Çelsi”dən icarəyə götürülən “İnter”in hücumçusu Romelu Lukaku karyerasını Milan klubunda davam etdirmək istəyir.

Sportinfo.az xəbər verir ki, “zadəganlar” bununla bağlı “İnter”lə heç bir danışıq aparmayıb.

Çempionlar Liqasının “Mançester Siti” ilə baş tutacaq final görüşündən sonra müzakirələrin ediləcəyi gözlənilir.

Lukakunun Premyer Liqa klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Belçikalı forvard cari mövsümdə “neradzurra”nın heyətində 33 oyuna çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.

Çempionlar Liqasının “İnter” və “Mançester Siti” klubları arasında keçiriləcək final qarşılaşması iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!