“Rəqibləri qorxutmaq üçün onun kimi “qol silahı”mız var”

7 Fevral 2023 00:20 İngiltərə 311
“Rəqibləri qorxutmaq üçün onun kimi “qol silahı”mız var”

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri komanda yoldaşı Erlinq Haland haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, gənc futbolçunu İngiltərə Premyer Liqasının ən güclü hücumçularından biri adlandırıb:

“Rəqibləri qorxutmaq üçün Haland kimi qol silahımız var. Onunla birlikdə daha fərqli oynamağa başladıq.

Halandın meydanda olması qolların rahatlıqla vurulması deməkdir.

O, orta hesabla hər oyun birdən çox qol vura bilir. Erlinq Haland və Harri Keyn hazırda Premyer Liqanın ən güclü hücumçularından ikisidir”.

22 yaşlı norveçli hücumçu cari mövsüm “Mançester Siti”nin heyətində Premyer Liqada 19 oyuna çıxıb, 25 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu