"Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, "qırmızı şeytanlar" "Bavariya"dan Marsel Sabitsezi transfer edib.
28 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi icarə əsasında "Mançester Yunayted"də çıxış edəcək. Klublar arasında imzalanan müqavilədə satınalma maddəsi yoxdur.
Marsel Sabitser "Bavariya"ya 2021-ci ilin yayında "Leyptsiq"dən transfer olunub. Avstriya millisinin üzvü cari mövsümdə Münhen təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.