Dünya çempionunu satmağa tərəfdar deyil - Prezident

1 Fevral 2023 10:20 İngiltərə 639
Dünya çempionunu satmağa tərəfdar deyil - Prezident

“Benfika”nın yarımmüdafiəçisi Enzo Fernandesin “Çelsi”yə mümkün keçidi ilə bağlı danışıqların növbəti mərhələsi baş tutub.

Sportinfo.az xəbər verir ki, Portuqaliya klubunun prezidenti Rui Koşta cənubi amerikalı futbolçunu “zadəganlar”a satmağa razı deyil.

Danışıqların transfer pəncərəsinin son günündə də davam edəcəyi gözlənilir.

Öncədən “Çelsi”nin son dünya çempionu üçün 120 milyon avrodan artıq məbləğ təklif etməyə hazır olduğu bildirilirdi.

Enzo Fernandes 2022-ci ilin iyulundan “Benfika”nın formasını geyinir. O, bu mövsüm Portuqaliya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla, 29 matça çıxıb, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR