
"Brayton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi AİK-dən yarımmüdafiəçi Yasin Ayarini transfer edib.
"Brayton" 19 yaşlı dayaq yarımmüdafiəçisi üçün İsveç klubuna 6 milyon avro təzminat ödəyəcək. İsveçli futbolçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Yasin Ayari AİK-in yetirməsidir. Gənc oyunçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 47 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.