
"Nyukasl"da yeni müqavilə qeydə alınıb.
Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Kiran Trippyenin sözləşməsinin müddətini uzadıb.
32 yaşlı sağ cinah müdafiəçi 2025-ci ilin yayına kimi "Nyukasl"a məxsus olacaq.
"Nyukasl" Kiran Trippyeni ötən ilin yanvar ayında "Atletiko"dan transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 26matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.