"Birlikdə daha yaxşısını edə bilmədiyimiz üçün məyusam"

28 Yanvar 2023 00:20 İngiltərə 331
"Birlikdə daha yaxşısını edə bilmədiyimiz üçün məyusam"

Frenk Lempard “Everton”un baş məşqçi postundan ayrıldıqdan sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, məyus olduğunu dilə gətirib:

“2022-ci ildə “Everton”a baş məşqçi təyin olunarkən çətin durumda olduğumuzu bilirdim.

Keçən mövsüm komandanı İngiltərə Premyer Liqasında saxlamaq uğrunda çalışan hər kəslə fəxr edirəm. “Kristal Pelas”a qarşı oyunda baş verənləri heç vaxt unutmayacam.

Mənə dəstək olduqları üçün bütün mersisaydlılara və ailəmə təşəkkür edirəm. “Everton” həqiqətən, inanılmaz tarixə malik klubdur.

Birlikdə daha yaxşısını edə bilmədiyimiz üçün məyusam. Kluba və bütün oyunçulara uğurlar arzulayıram”.

Yanvarın 23-də “Everton” Lempardı baş məşqçi postundan uzaqlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"