“Bəhanəni futbolçularda yox, özümdə axtarıram”

28 Yanvar 2023 00:00 İngiltərə 345
“Bəhanəni futbolçularda yox, özümdə axtarıram”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın çıxışı haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, uğursuz çıxış zamanı günahı özündə gördüyünü deyib:

“Mənim işimin mahiyyəti sərfəli nəticə əldə etmək, qələbə qazanmaq üçün oyunçuları həvəsləndirməkdir.

İşlər yolunda getməyəndə günahlandıracaq adam axtarmaq istəmirəm. Bəhanəni futbolçularda yox, özümdə axtarıram”.

Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti” bu gün İngiltərə Federasiya kuboku çərçivəsində “Arsenal”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti