“Klub satılmır, investorlarla danışdım, müqavilə bağlamağa yaxın”

25 Yanvar 2023 22:20 İngiltərə 561
“Klub satılmır, investorlarla danışdım, müqavilə bağlamağa yaxın”

“Everton”un sahibi Farhad Moşiri İngiltərə klubunu satmaq qərarına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, İran əsilli britaniyalı iş adamı “Everton”un satılmayacağını deyib:

“Klub satılmır. Amma kluba kömək edə bilən aparıcı investorlarla danışdım. İndi əsas vəzifə ən yaxşı investorları cəlb etməkdir.

Müqavilə bağlamağa yaxınıq. Bu, “Everton”un satışı deyil. Bu, sponsorluq və kommersiya inkişafı sahəsində daha çox təcrübə qazanmağa kömək edəcək”.

“Everton”un uğursuz çıxışı davam edir və bu, azarkeşlərin etirazına səbəb olub. Komanda İngiltərə Premyer Liqasının turnir cədvəlində 19-cu yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR