“Bu, bizi kədərləndirdi - Gəlin uğursuzluqdan dərs çıxaraq və yolumuza davam edək”

24 Yanvar 2023 00:20 İngiltərə 518
“Bu, bizi kədərləndirdi - Gəlin uğursuzluqdan dərs çıxaraq və yolumuza davam edək”

“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines komandasının “Arsenal”la oyunda (2:3) məğlubiyyətini şərh edib.

Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan argentinalı futbolçu bu məğlubiyyətdən dərs çıxarmalı olduqlarını deyib:

“Komandamız qələbəyə kökləndi, amma alınmadı. Təbii ki, bu nəticə bizi kədərləndirdi.

Bununla belə, bizim güclü komandamız var, ona görə də, mübarizə aparıb, davam edəcəyik. Gəlin bu uğursuzluqdan dərs çıxaraq və yolumuza davam edək”.

Premyer Liqada 19 oyundan sonra 50 xalı olan “Arsenal” turnir cədvəlinin lideridir. “Qırmızı şeytanlar” 39 xalla dördüncü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR