Premyer Liqa klubunda iki ayrılıq – İcarəyə verildilər

23 Yanvar 2023 18:20 İngiltərə 371
Premyer Liqa klubunda iki ayrılıq – İcarəyə verildilər

“Brentford” iki futbolçu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi müdafiəçiləri Tarik Fosu və Mads Bek Sorenseni icarəyə göndərib.

Fosu “Roterem”ə, Sorensen isə “Qroningen”ə icarəyə verilib. Hər iki futbolçunun bu mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb.

Tarik Fosu 2020-ci ilin yanvarından “Brentford”un uğurları üçün çalışırdı. O, bu komandanın heyətində meydana çıxdığı 63 oyunda 5 qol vurub. O, Qana yığmasında 4 matça çıxıb, 1 qol vurub.

Mads Bek Sorensen isə 2020-ci ilin mayından “Brentford”da çıxış edir. Danimarkadan olan 24 yaşlı müdafiəçi bu komandada meydana çıxdığı 72 oyunda 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı