Premyer Liqa təmsilçisi 4 milyon avro ödədi - 20 yaşlı müdafiəçi üçün

22 Yanvar 2023 18:40 İngiltərə 378
Premyer Liqa təmsilçisi 4 milyon avro ödədi - 20 yaşlı müdafiəçi üçün

“Lester” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Kopenhagen”in (Danimarka) sol cinah müdafiəçisi Viktor Kristianseni transfer edib.

“Lester” bu transfer üçün Danimarka klubuna 14 milyon avro ödəyib. Gənc futbolçu ilə müddəti 2028-ci ilin 30 iyununa qədər olan müqavilə imzalanıb.

Kristiansen “Kopenhagen”in yetirməsidir. O, bu klubun əsas komandasında 73 oyuna çıxıb, 1 qol vurub.

“Lester” hücumçusu Corc Hersti isə “İpsviç Taun”a icarəyə verib. 23 yaşlı forvardın bu mövsümün sonunadək aşağı liqa təmsilçisində forma geyinəcəyi açıqlanıb.

Herst 2019-cu ilin yayından formasını geyindiyi Premyer Liqa təmsilçisində cəmi 2 matça çıxıb. O, “İpsviç Taun”dan əvvəl “Blekbern”, “Portsmut”, “Roterem Yunayted”də də icarədə oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti