Stadionun üzərində dron peyda oldu, hakim qarşılaşmanı saxladı - VİDEO

22 Yanvar 2023 12:00 İngiltərə 730
Stadionun üzərində dron peyda oldu, hakim qarşılaşmanı saxladı - VİDEO

İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən “Sauthempton” – “Aston Villa” matçı stadionun üzərində peyda olan pilotsuz uçuş aparatının müşayiət olunması səbəbindən yarımçıq qalıb.

Sportinfo.az xəbər verir ki, hadisə oyunun birinci hissəsinin son dəqiqələrində baş verib.

Nəticədə hakim görüşü saxlayıb və oyunçuları paltardəyişmə otağına yollayıb.

Qarşılaşma yalnız 10 dəqiqədən sonra bərpa olunub.

Qeyd edək ki, hazırda oyunda ikinci hissənin ortalarıdır, qarşılaşmada hesab açılmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR