Premyer Liqada klubunu dəyişdi – Bu qapıçı

22 Yanvar 2023 00:00 İngiltərə 543
Premyer Liqada klubunu dəyişdi – Bu qapıçı

Mövsümün əvvəlində “Liverpul”dan azad agent kimi ayrılan Loris Kariusu heyətinə qatan “Nyukasl” almaniyalı qolkiperi saxlamağa qərar verib.

Sportinfo.az xəbər verir ki, tərəflər arasında sentyabr ayında bağlanmış müqavilənin müddəti 2022-ci ilin 31 dekabrına kimi idi.

Lakin tərəflər sözləşməni mövsümün sonuna kimi uzatmaqla da bağlı ilkin razılıq əldə etmişdilər.

Klub məhz həmin bənddən istifadə edərək almaniyalı qolkiperi 30 iyuna kimi heyətində saxlamağa qərar verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Karius Almaniyanın “Maynts” klubunun yetirməsidir. O, “Liverpul”la yanaşı, Türkiyənin “Beşiktaş”, Almaniyanın “Union Berlin” klublarında da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti