"Mən heç vaxt belə gənc futbolçunun qol vurmaq üçün tükənməz istəyi olmasını görməmişəm"

5 Oktyabr 2022 00:00 İngiltərə 720
"Mən heç vaxt belə gənc futbolçunun qol vurmaq üçün tükənməz istəyi olmasını görməmişəm"

İngiltərə millisinin sabiq futbolçusu Con Terri “Mançester Siti”nin hücumçusu Erlinq Halandın “Mançester Yunayted”lə oyundakı (6:3) çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, Terri, MY ilə oyunda het-trik edən Halandın rəqiblərə qarşı amansız olduğunu deyib:

“Erlinq Premyer Liqa tarixində böyük oyunçu ola bilər. Mən heç vaxt belə gənc futbolçunun qol vurmaq üçün tükənməz istəyi olmasını görməmişəm. Haland “Mançester Siti”nin rəqiblərinə qarşı amansızdır”.

22 yaşlı norveçli forvard bu mövsüm Premyer Liqada “Mançester Siti”nin heyətində 8 oyunda 14 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu