"indi bu klub futbolçular üçün məzarlığa çevrilib"

17 Avqust 2022 01:30 İngiltərə 378
"indi bu klub futbolçular üçün məzarlığa çevrilib"

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill növbəti dəfə “qırmızı şeytanlar”ın problemlərindən danışıb.

Sportinfo.az xəbər verir ki, onun fikrincə, resurslardan səmərəsiz istifadə olunduğundan, klub “oyunçular məzarlığı”na çevrilib:

“Son on ildə “Mançester Yunayted”in ən böyük problemlərindən biri klubun menecerlərə transferlərə nəzarət etməsinə icazə verməsidir.

Bu, ciddi problemdir. “Mançester Yunayted” 10 il ərzində 1,2 milyard funt-sterlinq xərcləyib, lakin sövdələşmələrin 75 faizi uğursuz olub.

Buna baxmayaraq, hər şeydə futbolçuları günahlandırırlar, uzun illərdir ki, belə edirik. Ancaq mən də daxil olmaqla, bir çox insan hətta keçən il bəzi transferlərdən ilhamlandı: Varan, Sanço və Kriştiano Ronaldo.

Amma “Mançester Yunayted” futbolçular üçün məzarlığa çevrilib. Futbolçular indi bu komandaya keçib-keçməmək haqda düşünürlər”.

Digər Xəbərlər
Xəbər Lenti