“Qarabağ” Avropa İttifaqının səfirini heyrətləndirdi, yazdı ki… FOTO

11 Avqust 2022 09:20 İngiltərə 1 133
“Qarabağ” Avropa İttifaqının səfirini heyrətləndirdi, yazdı ki… FOTO

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko “Qarabağ”ın oyununu möhtəşəm adlandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə o, tviter hesabında yazıb.

“Bir daha təbrik edirəm. “Qarabag” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Növbəti möhtəşəm futbol matçı!” – deyə səfir qeyd edib.

Avqustun 9-da Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan) komandaları arasında cavab oyunu keçirildi.

“Qarabağ” 3:1 hesabı ilə qələbə qazanaraq Çempionlar Liqasının pley-off-una yüksəlib.

“Qarabağ” pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı ilk matçını avqustun 17-də Bakıda keçirəcək. Komandalar arasındakı cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti