
İngiltərə Premyer Liqasında ilk turun növbəti qarşılaşmaları baş tutub.
Turnirin iddialı kollektivlərindən olan “Mançester Yunayted” doğma meydanda “Brayton”u qəbul edib.
“Old Trafford”dakı yeni mövsümün ilk matçı “qırmızı şeytanlar” üçün uğursuz olub. Belə ki, Ten Haqın yetirmələri 1:2 hesabı ilə məğlub olublar.
Ev sahibi komandanın hücumçusu Kriştianu Ronaldu qarşılaşmada iştirak etməyib.
Baş məşqçi bunu futbolçunun hələ lazımi formada olmaması ilə əlaqələndirib və Ronaldunun əsas heyətə düşmək üçün bir müddət çalışmalı olduğunu bildirib.
“Mançester Yunayted” - “Brayton” 1:2