Premyer Liqanın son çempionu 2 futbolçusunu icarəyə göndərdi

7 Avqust 2022 12:00 İngiltərə 615
Premyer Liqanın son çempionu 2 futbolçusunu icarəyə göndərdi

İngiltərə çempionu “Mançester Siti” daha iki futbolçusunu icarəyə verib.

Sportinfo.az xəbər verir ki, “şəhərlilər” serbiyalı hücumçu Slobodan Tadiçi “Barnsli”yə, ingilis yarımmüdafiəçi Ceyms Makatini isə “Şeffild Yunayted”ə icarəyə göndəriblər.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu 2022/23 mövsümünün sonuna kimi bu klublarda forma geyinəcək.

Slobodan Tediç 2020-ci ildə Serbiyanın “Çukariçki” klubundan 3 milyon avro qarşılığında “Mançester Siti”yə transfer olunsa da, burada əsas heyət üzvünə çevrilə bilməyib.

22 yaşlı hücumçu elə həmin il “Çukariçki”nin özünə, ötən mövsüm isə Niderlandın “Zvolle” klubuna icarəyə verilmişdi. Tediç Serbiyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

Ceyms Makati isə Mançester klubunun öz yetirməsidir. 19 yaşlı futbolçu ötən mövsüm “şəhərlilər”in heyətində 6 oyuna çıxmağa nail olub. O, həm də İngiltərənin U-21 yığmasının üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti