Ronaldo “Mançester Yunayted” i tərk etmədi, məşqə çıxdı

5 Avqust 10:20 İngiltərə 188
Ronaldo “Mançester Yunayted” i tərk etmədi, məşqə çıxdı

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının “Brayton”la oyunundan öncə məşq keçib.

Sportinfo.az xəbər verir ki, Kriştiano Ronaldo da məşqdə iştirak edib.

Daha əvvəl 37 yaşlı portuqaliyalı hücumçunun yay transfer pəncərəsində klubu tərk edə biləcəyi bildirilirdi.

Avqustun 2-də “qırmızı şeytanlar”ın bir neçə futbolçusu, o cümlədən Ronaldo “Rayo Valyekano” ilə yoxlama oyununun ikinci hissəsi zamanı final fitini gözləmədən “Old Trafford” stadionunu tərk edib.

“Mançester Yunayted” – “Brayton” matçı avqustun 7-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti