18 yaşlı yarımmüdafiəçi üçün 18 milyon avro ödədi

4 Avqust 2022 18:20 İngiltərə 694
18 yaşlı yarımmüdafiəçi üçün 18 milyon avro ödədi

"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi "Aston Villa"dan Karni Çukuemekanı transfer edib.

İngiltərə U-19 millisinin üzvü ilə 6 illik müqavilə imzalanıb. "Çelsi" bu transfer üçün qarşı tərəfə 18 milyon avro ödəyib.

Karni Çukuemeka "Aston Villa"nın yetirməsidir. 18 yaşlı yarımmüdafiəçi son mövsümdə əsas komandanın heyətində meydana çıxdığı 22 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti