“Mançester Yunayted"in Ronaldonu buraxmağa imkanı yoxdur, problem budur"

4 Avqust 2022 15:40 İngiltərə 892
“Mançester Yunayted"in Ronaldonu buraxmağa imkanı yoxdur, problem budur"

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand hücumçu Kriştiano Ronaldonun klubdan ayrılmaq istəyinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, Ronaldonun başqa kluba getmə imkanı olmadığını deyib:

“Əlbəttə, Ronaldo “Mançester Yunayted”də qalacaq. Aydındır ki, klubun onu buraxmağa imkanı yoxdur, problem budur.

“Mançester Yunayted” indi transfer bazarında 20 qol vuran futbolçunu hardan tapacaq? Kriştianonu satsalar, kimi alacaqlar?”

Ronaldo son mövsümdə “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 39 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə edib.

Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada