Premyer Liqada oynayan müdafiəçi Liqa 1 klubuna icarəyə verildi

3 Avqust 2022 00:10 İngiltərə 673
Premyer Liqada oynayan müdafiəçi Liqa 1 klubuna icarəyə verildi

“Renn” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi İngiltərənin “Tottenhem” klubunun müdafiəçisi Co Rodonu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı mlumat yayıb. Uelsdən olan 24 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb.

Co Rodon “Suonsi”nin yetirməsidir. O, 2018-ci ildə “Çeltnem Taun”da da icarədə oynayıb. Uelsli futbolçu 2020-ci ildən “Tottenhem”də çıxış edir.

Lakin əsas heyət üzvünə çevrilə bilməyən müdafiəçi, burada cəmi 24 oyuna çıxıb. Mərkəz müdafiəçisi Uels yığmasında 28 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada