“Tərəflər transferin məbləğində razılığa gələ bilmirlər”

2 Avqust 2022 00:00 İngiltərə 747
“Tərəflər transferin məbləğində razılığa gələ bilmirlər”

“Liverpul”un hücumçusu Roberto Firmino “Yuventus”a mümkün keçidi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı forvard “Liverpul”da qalmaq istədiyini deyib:

“Mən bu komandanı, bu şəhəri və azarkeşləri sevirəm. Burdayam. Əlbəttə, qalmaq istəyirəm”.

Daha əvvəl “Yuventus”un Firminonun mümkün transferi ilə bağlı “Liverpul”la danışıqlara başladığı bildirilirdi.

Bildirilir ki, tərəflər transferin məbləğində razılığa gələ bilmirlər. İngiltərə klubu braziliyalı futbolçu üçün ən azı 30 milyon avro tələb edir.

Firmino “Liverpul”a 2015-ci ildə “Hoffenhaym”dan keçib. Onun “Liverpul”la müqaviləsi 2023-cü ilin iyununda başa çatır. O, ötən mövsüm “Liverpul”la bütün turnirlərdə 35 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti