"O, Premyer Liqanın müdafiəçilərinin həyatını dəhşətli edəcək”

1 Avqust 2022 22:00 İngiltərə 992
"O, Premyer Liqanın müdafiəçilərinin həyatını dəhşətli edəcək”

“Liverpul”un müdafiəçisi Vircil van Dayk “Mançester Siti”nin futbolçusu Erlinq Haland haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, o, MS ilə oyunda Halandı “bağladıqlarını” deyib:

“Haland müdafiəçilərin həyatını çətinləşdirir. O, Premyer Liqanın müdafiəçilərinin həyatını dəhşətli edəcək.

Lakin biz oyun zamanı onu “bağlaya” bildik. Onun yalnız bir, maksimum iki şansı var idi”.

Haland bu yay Dortmund “Borussiya”sından transfer edilib. Onun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilə qədərdir.

Norveçli futbolçu “Mançester Siti”nin heyətində İngiltərə superkubokunda debüt etsə də, “Liverpul”a qol vura bilməyib. “Liverpul” 3:1 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada