"Liverpul" İngiltərə Superkubokunu qazandı - VİDEO

31 İyul 2022 10:00 İngiltərə 1 255
"Liverpul" İngiltərə Superkubokunu qazandı - VİDEO

"Liverpul" 16-cı dəfə İngiltərə Superkubokunun sahibi olub.

Sportinfo.az xəbər verir ki, Mersisayd təmsilçisi Lester şəhərində son İngiltərə çempionu "Mançester Siti"ni 3:1 məğlub edərək bu titula yiyələnib.

Qolları "Liverpul"dan Trent Aleksander-Arnold (21-ci dəqiqə), Məhəmməd Salah (83-cü dəqiqə, penalti) və Darvin Nunyes (90+4-cü dəqiqə), "Siti"dən isə Xulian Alvares (70-ci dəqiqə) vurub.

Ötən il də "Mançester Siti" Superkubok matçında "Lester Siti"yə 0:1 uduzaraq bu titula sahib çıxa bilməmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada