“Mançester Yunayted”in yeni transferi Kristian Eriksen kluba keçidi ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, danimarkalı“qırmızı şeytanlar”ın böyük tarixi olduğunu deyib:
“Mən futbol oynamaq istəyən adamam. Baş məşqçi Erik ten Haqın ideyaları və onunla söhbətlərimizdən sonra özümü “Mançester Yunayted”də təsəvvür edə bildim.
“Qırmızı şeytanlar” ən böyük olmasa da, çox böyük klubdur. Onun böyük bir tarixi var, bu qədər əhəmiyyətli klubun bir hissəsi olmaq gözəldir.
Amma mən bura təkcə ad üçün deyil, futbol oynamaq üçün gəlmişəm”.
Eriksen ötən mövsüm “Brentford”da forma geyinib, 11 matçda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.

