“Mançester Siti”nin hücumçusu Erlinq Haland “Bayern”lə yoxlama oyunundan sonra (1:0) baş məşqçi Xosep Qvardiola haqda fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, norveçli Qvardiolanı dəli adlandırıb:
“Qvardiola bir az dəlidir və bu mənim xoşuma gəlir. Çox əyləncəli olacaq. Klubla bağlı hər şeyi paylaşmıram və heç nə deyə bilmərəm. Ancaq yaxşı məşq edirəm və məni gözləyən hər şeyə hazıram”.
“Bayern”lə yoxlama matçındakı yeganə qolu Haland vurub.

