“Məşqçi kimi şanslıyam”

25 İyul 2022 12:20 İngiltərə 726
“Məşqçi kimi şanslıyam”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandasının hücum xətti ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, əvvəlcə futbolçu Freddən razı qaldığını deyib:

“Hazırda Fred müdafiə və hücum arasında əlaqə rolunu oynayır. O, çox yaxşıdır, düşünürəm ki, Fred daha da yaxşı ola bilər. Enerji və əhval-ruhiyyə ilə yüklənir.

Hücum edən oyunçular bir-biri ilə çox yaxşı münasibət qururlar və düşünürəm ki, məşqçi kimi şanslıyam. Biz oyunumuzu hər gün təkmilləşdirməli və inkişaf etməliyik”.

“Mançester Yunayted” Avstraliya turu çərçivəsində üç oyun keçirib, üç qələbə qazanıb və 11 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada