Danimarka millisinin üzvü Kristian Eriksenin “Mançester Yunayted”ə keçidi rəsmiləşib.
Sportinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
O, yeni klubuna azad agent kimi keçib.
Eriksen bu ilin yanvar ayından “Brentford”da oynayırdı.
“Brentford” da heyətinə iki yeni futbolçu cəlb edib. Premyer Liqa təmsilçisi ukraynalı yarımmüdafiəçi Yeqor Yarmolyuk və albaniyalı qapıçı Tomas Strakoşanı transfer edib. Hər iki futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.
18 yaşlı Yarmolyuk Ukraynanın “Dnepr-1”, 27 yaşlı Strakoşa isə İtaliyanın “Latsio” klubundan transfer olunub.

