18 yaşlı hücumçu paytaxt klubu ilə müqavilə imzaladı

17 İyul 2022 00:00 İngiltərə 685
18 yaşlı hücumçu paytaxt klubu ilə müqavilə imzaladı

"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, "zadəganlar" "Arsenal"dan Omar Hatçinsonu transfer edib.

18 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Gənc futbolçu "Çelsi"nin U-23 komandasında çıxış edəcək.

Omar Hatçinson "Arsenal"ın yetirməsidir. Yamaykalı forvard son mövsümdə "topçular"ın U-21 komandasının heyətində meydana çıxdığı 22 oyunda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada