"Mançesterin pis tərəfində sənə uğurlar arzulayıram” - Sulşerdən Halanda təbrik

16 İyul 2022 18:40 İngiltərə 790
"Mançesterin pis tərəfində sənə uğurlar arzulayıram” - Sulşerdən Halanda təbrik

“Mançester Siti”yə keçən norveçli futbolçu Erlinq Halandı əfsanəvi həmyerlisi Ole-Qunnar Sulşer də təbrik edib.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı 21 yaşlı hücumçu özü verib.

“Mançester Yunayted”in sabiq baş məşqçisi gənc norveçliyə belə təbrik mesajı göndərib: “Mançesterin pis tərəfində sənə uğurlar arzulayıram”.

Haland bildirib ki, Sulşerlə mütəmadi olaraq yazışır:

“Yaxşı bilirsiz ki, “Molde”də olanda, Sulşer mənə inanılmaz dəstək verib. O, əla oğlandır”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada