"O, səviyyəli hücumçudur, lakin bu transfer hazırda bizə lazım deyil"

16 İyul 2022 01:40 İngiltərə 811
"O, səviyyəli hücumçudur, lakin bu transfer hazırda bizə lazım deyil"

"Çelsi"nin baş məşqçisi Tomas Tuhel "Bavariya"nın hücumçusu Robert Levandovski ilə maraqlandıqları bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, polşalı hücumçunun transferi uğrunda mübarizəyə qoşulmayacaqlarını deyib:

"Mən Levandovski ilə müqavilə bağlaya biləcəyimizi düşünmürəm. Bəli, o, yüksək səviyyəli hücumçudur, lakin bu transfer hazırda bizə lazım deyil. Transfer bazarında başqa prioritetlərimiz var".

Levandovski ilə "Barselona" maraqlanır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti